Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan Qarabağ münaqişəsi başlandığı andan Azərbaycanı dəstəkləyib

Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.
 

Bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.
“Pakistan Qarabağ münaqişəsinin başlandığı andan Azərbaycanı dəstəkləyib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyinin şahidi olduq və torpaqların azad olunması ilə bağlı Azərbaycanın sevincini bölüşürük”, - deyə X.T.Akram vurğulayıb.
İcraçı direktor bildirib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər 1991-ci ildən başlayır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olub. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ilin martında qurulub.
AZƏRTAC

13 Aprel 2021 00:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə