Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xiaomi’nin yeni smartfonunda kütləvi problem aşkar edilib

Yeni nəsil “Redmi Note” smartfonunda ekranla bağlı problemlər aşkar edilib. Bu barədə “Gizmochina” nəşri məlumat verib.

 "Xalq qəzeti" xəbər verir ki, “Redmi Note 10” smartfonlarının istifadəçiləri displeyin toxunuşlara reaksiya vermədiyini qeydə alıblar. Bir qrup istifadəçilərdə smartfon titrəməyə başlayıb və bu, xüsusilə qara rejimdə daha nəzərə çarpır.

Hələlik smartfonun qəribə işi ilə bağlı şikayətlər əsasən Hindistandan daxil olur. Çin brendinin bu ölkədəki rəsmi nümayəndəsi ekranla bağlı tək-tük problemlərin olduğunu təsdiq edib. Ola bilsin ki ekranın işi ilə bağlı problemlər proqram təminatının yeniləmələrindən birində aradan qaldırılacaq.

12 Aprel 2021 17:44 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə