Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MİDA: Yaxın iki ildə daha 6 827 ailə mənzillə təmin ediləcək

“Güzəştli mənzil” sistemi vasitəsilə bu günədək ümumilikdə 2 288 mənzil vətəndaşlara təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) “Xalq qəzeti"nə verilən məlumata görə, Agentliyin layihələrindən ümumilikdə 1 418 mənzil dövlət sifarişi əsasında ayrılıb. Bu mənzillərdən 991-nin rəsmiləşdirilməsi başa çatdırılıb.

Son 5 il ərzində Agentliyin fəaliyyəti nəticəsində 3 279 ailə mənzil ilə təmin edilib. Yaxın 2 il ərzində isə daha 6 827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.

Bununla yanaşı, MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2 202 mənzilin, 350 yerlik üç uşaq bağçasının, 1 200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1 176 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikinti işləri tamamlanmaq üzrədir.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılan yeni yaşayış kompleksində isə 2 950 mənzilin, 240 yerlik bir uşaq bağçasının, 1 920 şagird yerlik orta təhsil məktəbinin tikintisinə başlanılıb.

12 Aprel 2021 15:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə