Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələri ilə görüşlər keçirilib

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri şəhid ailələri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb, şəhidlərimizin igidlik və şücaətlərindən danışılıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Belə görüşlərin şəhid ailələrinin problemlərini öyrənmək baxımından müntəzəm olacağı diqqətə çatdırılıb.

 

12 Aprel 2021 12:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə