Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, son iki gün ərzində 43 cinayətin üstü isti izlərlə açılıb.

Əvvəlki dövrlərdən qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borcu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadissi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklə əlaqəli 29,  qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

12 Aprel 2021 10:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə