Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus xəstələri ictimai yerlərdə aşkar olunaraq saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

12 Aprel 2021 10:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə