Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirin informasiya agentliyi Türk Şurasının informasiya və media üzrə rəsmilərinin Ağdama səfəri barədə xəbər yayıb

Misirin “Asiaelyom” informasiya agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmilərinin Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfəri barədə xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, yazıda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altunun erməni işğalçılarının Azərbaycanın Qarabağ bölgəsində törətdikləri dağıntılara və barbarlığa münasibətdə ikiüzlü mövqeyinə görə beynəlxalq ictimaiyyəti sərt tənqid etdiyi bildirilir. “Türkiyə rəsmisi qeyd edib ki, 30 illik işğalın sona çatdırılması Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində mümkün olub və Türkiyə bu haqlı mübarizədə Azərbaycana dəstək verdi”, - deyə xəbərdə vurğulanıb.

Xəbərdə diqqətə çatdırılıb ki, Fahrettin Altun Ağdamda gördüyü erməni vəhşiliyindən bəhs edərək deyib: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Burada barbarlıq olan zaman dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, burada mədəniyyət abidələri tar-mar edilib. Amma özünü dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan qurumlardan heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini itirmək üçün məhv edilib. Amma bunu bacarmadılar, bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin, İslamın torpaqlarıdır”.

Xəbərdə qeyd olunub ki, Türkiyə rəsmisi işğaldan azad edilən torpaqların yenidən bərpa ediləcəyini vurğulayıb. O əlavə edib ki, Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında iştirak edəcək.

12 Aprel 2021 09:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə