Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Qırğızıstanda referendum keçirilir

Bu gün Qırğızıstanda ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Bununla əlaqədar aprelin 10-da ölkədə sükut günü olub. Məlumatı “Anadolu” verib.

 

Dünən referendum və seçkilərin keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasından bildirilb ki, sükut günü səsverməyə bir gün qalmış tətbiq olunur. Həmin gün ölkədə istər namizədlər, istərsə də əsas qanuna düzəlişlər edilməsinin tərəfdarları və əleyhdarı olan təşəbbüs qrupları tərəfindən təşviqat fəaliyyətinin bütün formaları qadağan edilir. Eyni zamanda, KİV-də materiallar dərc etdirmək, internetdə və telekanallarda süjetlər yayımlamaq, seçicilərlə görüşmək qadağandır.

Bu gün səhər saat 8.00-dan etibarən Qırğızıstanın hər yerində səsvermə prosesi başlayır.

Ölkədəki bütün 2483 və xarici ölkələrdə yaradılmış 48 seçki məntəqəsi axşam saat 20.00-a (Moskva vaxtı ilə səhər saat 5-dən axşam saat 17-dək) qədər fəaliyyətini davam etdirəcək. Ölkədə seçki gününə qədər 3,6 milyon seçici qeydiyyatda alınıb. Səsvermənin gedişini 31ölkədən gəlmiş 180 beynəlxalq müşahidəçi izləyəcək. Ümumxalq səsverməsinə ölkə prezidentinin səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutan düzəlişlər təqdim edilir. Yeni maddələr ölkənin Konstitusiya Müşavirəsinin üzvləri tərəfindən hazırlanıb. Dəyişikliklərdən birində baş nazirin vəzifələrinin Prezident Administrasiyasının başçısına verilməsi təklif edilir. Eyni zamanda, deputatların sayının azaldılması planlaşdırılır.

Ölkə konstitusiyasına düzəlişlər edilməsi barədə qərar 2021-ci il yanvarın 10-da keçirilmiş referendumda qəbul edilib. Siyahıdakı seçicilərin 30 faizi səs verdiyi təqdirdə 11 aprel referendumu baş tutmuş hesab ediləcək. Referendumla yanaşı, bu gün yerli hakimiyyət orqanlarına da seçkilər keçirilir.

Ölkənin 420 şəhər və kənd sovetindəki 7560 mandat uğrunda 18 min 772 namizəd aparır. Bunlardan 63 namizəd siyasi partiyalar təərəfindən irəli sürülüb. Qalanları isə öz namizədliklərini irəli sürənlərdir. Seçkilər səsvermədə iştirak edən vətəndaşların sayından asılı olmayaraq baş tutmuş sayılacaq. Paşa

ƏMİRCANOV, “Xalq qəzeti”

11 Aprel 2021 01:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə