Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreyada karantin daha 3 həftə uzadılıb

“Reuters” agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyada son günlər koronavirusa gündəlik yoluxma hallarının artması səbəbindən karantin rejimi daha 3 həftə müddətinə uzadılıb.

Mənbə yazır ki, qüvvədə olan karantin rejiminin tələblərinə uyğun olaraq, 5 nəfərdən çox adamın toplaşması qadağandır. Hökumət bu siyahıya paytaxt Seulda və Busan şəhərində barların və gecə klublarının fəaliyyətinin qadağan olunmasını da əlavə edib. Yerli hökumətlər epidemik vəziyyətə uyğun olaraq kafelərin, karaoke klublarının və idman zallarının fəaliyyətini məhdudlaşdıra bilər. Supermarketlərdə ərzaq nümunələrini dadmaq qadağan olunub.

Məlumata görə, hazırda Seul və ətraf ərazilərdə, Busan və Decon şəhərində 5 pilləli şkala üzrə 2-ci, ölkənin digər bölgələrində isə 1.5-ci səviyyədə karantin rejimi tətbiq olunur.

Baş nazir bildirib ki, pandemiyanın daha güclü 4-cü dalğası yaxınlaşır. O, gələn həftə əlavə antivirus tədbirlərinin açıqlanacağını deyib.

Qeyd edək ki, son günlər Cənubi Koreyada virusa yoluxma hallarının çoxalması ölkədə pandemiyanın 4-cü dalğasının yaxınlaşdığını deməyə əsas verir.

 

Rövşən TOĞRUL, “Xalq qəzeti”

11 Aprel 2021 02:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə