Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Azərbaycanı mina təhlükəsi ilə təhdid edir

Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı beynəlxalq www.change.orq saytında Ermənistana qarşı petisiyaya ilə çıxış edib. Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ünvanlanmış bu müraciətin təşəbbüsçülərindən olan BMT-nin İqtisadi Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu qəzetimizə açıqlamasında bildirdi:

 

– Dünyaca məşhur saytda yaydığımız petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının, 30 illik işğalı dövründə, habelə münaqişənin bitməsindən sonra Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və həmin ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır. Sənəddə bildirmişik: “Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir. Məcburi köçkün ailələrini qorxu içində saxlayaraq öz evlərinə qayıtmasına əngəl olmağa çalışan Ermənistan bu sirrin açarını gizlədir.”
Xatırladım ki, Azərbaycan Respublikasının Xarici İşlər Naziri 22 fevral 2021-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Ermənistanı azad edilmiş ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib. Petisiya həmin sənədə istinad edərək, dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların change.org saytında birgə etiraz çağırışıdır. Qeyd edək ki, beynəlxalq aləmdə nüfuzlu change.org saytının yarım milyarda yaxın abunəçisi vardır. Sayt üzərindən qaldırılmış məsələlər 196 ölkədə 72 min 807 başarıya nail olub.
Azərbaycn vətəndaşları da www.change.org saytına daxil olub, petisiyaya imza ata bilərlər. Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağınız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bu insanların zərərsizləşdirilməsi mümkün olan həmin minalara düşərək həyatlarını itirmək və ağır yaralanmaq qorxusu olmadan yaşamaq hüququ vardır.
İkinci Qarabağ müharibəsinin Ermənistanın məğlubiyyəti ilə bitməsindən 5 ay müddət keçsə də, təcavüzkar Ermənistan Azərbaycanı mina təhlükəsi ilə qorxutmaqda davam edir. Bu isə işğalçı ddövlətin imzaladığı təslim aktına tamamilə ziddir.
Qeyd edilən petisiyanı Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarından Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov imzalayıblar.
 

Hazırladı:
R.TAHİR, “Xalq qəzeti”

11 Aprel 2021 02:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə