Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cıdır düzündə qalanan tonqal hələ də Ermənistanı və tərəfdarlarını yandırır

Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə qaladığı tonqalı xalqımız uzun illərdir ki, səbirsizlikə gözləyirdi. Müzəffər Ali Baş Komandanın bu il martın 20-də yenidən Şuşaya gedib Novruz bayramı münasibətilə Cıdır düzündə tonqal qalaması düşmənlərimizin söndürdüyü bayram tonqalını yenidən alovlandırdı. Bu tonqalın istisi işğalçı Ermənistanı və onun havadarlarını hələ də yandırır və hələ çox yandıracaq. Bu tonqal Azərbaycan Ordusunun gücünün, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimizin xalqı daha böyük hədəflərə doğru aparacağının mesajını verdi.

 

Dövlət başçımızın Novruz müraciəti üçün məhz Şuşanı seçməsi təsadüfi deyildi. Möhtərəm Prezidentimiz xalqa müraciətində də Azərbaycanın tarixi torpaqlarının və onun mədəniyyət mərkəzi Şuşa şəhərinin azad edilməsini tarixi hadisə adlandırdı: “Bizim üçün torpaqların azad edilməsindən daha vacib bir vəzifə yox idi. Bu işdə Azərbaycan ordusunun başlıca xidməti var. Döyüşçülərimiz dağlarda və meşələrdə hərəkət edərək, qayalara dırmanaraq şəhəri azad etdilər. Şəhərin özündə onlar artilleriya və tanklara qarşı yalnız yüngül silahlardan istifadə edərək əlbəyaxa döyüşünə girdilər. Bu hərbçilər ən yüksək qiymətə layiqdirlər. Biz Şuşanı qan bahasına azad etdik. Şuşa uğrunda döyüşlərdə yüzlərlə, minlərlə işğalçı məhv edildi. Şuşanın azad edilməsi Vətən müharibəsinin kulminasiyası idi. Məhz bundan sonra düşmən kapitulyasiya aktını imzaladı”.
Ermənilərin azərbaycanlılara qarşı törədikləri dəhşətli soqırımlarından biri 1920-ci il martın 22-də, xalqımızı üçün əziz olan Novruz bayramında Şuşada, baş verib. 101 il öncə ermənilər ilk dəfə Şuşada bayramımızı qara gətirdilər. Əsgəran qalası ələ keçirildi, ölkənin hərbi potensialının Qarabağa, Şuşaya yönləndirilməsi işğalçı qüvvələrin yolunu açdı. Bir əsrdən sonra düşmənlərimiz layiqli cavablarını aldılar. Hələ də “böyük Ermənistan” xülyası ilə yaşayan separatçı ermənilərin faşist idelogiyası martın 22- də Şuşada – Cıdır düzündə dövlət başçımızın alovlandırdığı bayram tonqalında yandırıldı, məhv edildi. Bu tonqalın alovu hələ də düşmənlərimizi , onun tərəfdarlarını yandırıb- yaxır.
Ötən il Azərbaycanın tarixinə əbədi həkk olunmuş 44 günlük müharibədə qazandığımız misilsiz qələbə Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmasıının bariz nümunəsidir. İstər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasətin nəticəsi bu gün özünü bütün sahələrdə büruzə verir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici və daxili siyasət artıq “güclü dövlət” konsepsiyasının reallaşdırıldığından xəbər verir.
Təbii ki, işğalçı Ermənistan üzərində qazanılan tarixi qələbəmiz, xüsusislə Şuşada, Cıdır düzündə qalanan bayram tonqalı düşmənlərimizlə bərabər beynəlxalq aləmdə ədaltsiz qurumları, ikili standaratlardan əl çəkə bilməyən bəzi dövlətləri, xüsusilə, antiAzərbaycan, ermənipərəst qüvvələri cidi narahat etməyə başlayıb. Özünü demokratiyanın beşiyi adlandıran, ancaq antidemokratik hərəkətlərini ört- basdır edə bilməyən Almaniyanın ölkəmizə qarşı təzyiq və təhdidləri başa düşüləndir. Bu gün Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi Avropanın və Qərbin bir sıra dövlətləri tərəfindən həzm edilə bilmir. Almaniya “öz gözündə tiri qoyub” başqa ölkələrin gözündə qıl axtarır. Bir neçə gündür ki, ölkədə başlayan qarşıdurmada polis dinc aksiya keçirən əhaliyə divan tutur. Ölkəmizdə isə heç vaxt dinc əhaliyə qarşı belə vəhşilik, qəddarlıq müşahidə olunmayıb.
Öz əhalisinin etirazına dəyənəklərlə və digər ağır təzyiq vasitələri ilə cavab verən Amaniyanın Azərbaycana qarşı ədalətsiz mövqeyi hansı demokratiyanın təzahürüdür?
Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması və Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, görünür, “demokratiyanın dayağı “olan Almaniyanı da ciddi narahat etməyə başlayıb. Və ya Ermənistanın neofaşizm ideologiyasına hüsn-rəğbəti Almaniya tərəfindən də dəstəklənir. Bütün bunlardan sonra iki dünya müharibəsinin baiskarı olan Almaniyanın ədalətdən danışmağa haqqı çatırmı?
 

Mehman İSMAYILOV,
YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

11 Aprel 2021 01:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə