Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kompüteri beynindəki çiplə idarə edən meymun nümayiş olunub – VİDEO

İlon Maskın “Neuralink” şirkəti yeni nəsil neyron interfeysinin praktiki fəaliyyətini nümayiş etdirib.

 

"Xalq qəzeti" xəbər verir ki, müvafiq video şirkətin youtube səhifəsində yerləşdirilib.

 

Videoda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə kompüterdə oyun oynayır. Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.   

 

Şirkətdən verilən məlumata görə, sözügedən çip beynin strukturuna mənfi təsir etmir.  

 
10 Aprel 2021 16:18 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə