Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: 44 günlük müharibədə Türk Şurası Azərbaycana öz dəstəyini göstərdi

“44 günlük Zəfər müharibəsində Türk Şurası və Türk Şurasına üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərib”.

 "Xalq qəzeti" xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi xatırladıb ki, Prezident İlham Əliyev Türk Şurasına üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığa Azərbaycanın öz səylərini əsirgəməyəcəyini vurğulayıb: “Ölkələrimiz arasında media və televiziya sahəsində əməkdaşlığın qurulması ilə bağlı qeydlər bundan əvvəl keçirilən görüşlərdə də vurğulanıb. Bu gün Bakı şəhərində bizim sayca 3-cü görüşümüz keçirilir. Dünən bir sıra sənədlər ətrafında müfəssəl müzakirələr aparılıb. Bu toplantımızda Macarıstan nümayəndə heyəti fəal şəkildə təmsil olunur. Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın layihələri artıq qəbul edilib. Pandemiyaya baxmayaraq, Türk Şurası öz çevikliyini göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Zirvə Görüşü bizim pandemiyaya ilə mübarizədə bizim çevikliyimizi göstərdi. Digər təşkilatlar hələ pandemiyaya uyğunlaşma dövrünü keçir”.

10 Aprel 2021 14:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə