Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zabrat Hava Limanı ərazisində təlim keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib.

FHN-dən "Xalq qəzeti"nə verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti it cəlb olunub.

Təlim zamanı Kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

10 Aprel 2021 12:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə