Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“El Klasiko”nun iştirak ərizələri açıqlanıb

“Real” və “Barselona” İspaniya La Liqasının XXX turunda keçiriləcək “El Klasiko”nun iştirak ərizəsini açıqlayıblar.

 "Xalq qəzeti" xəbər verir ki, hər iki komandanın heyətində bəzi itkilər mövcuddur.

Xüsusən də, “kral klubu”nun müdafiə xəttinin durumu ürəkaçan deyil. Zədəli kapitan Serxio Ramosla yanaşı, digər mərkəz müdafiəçisi Rafael Varan koronavirusa yoluxduğu üçün görüşü buraxmalı olacaq. Həmçinin sağ cinah müdafiəçisi Dani Karvahal da bu matça yetişməyib. Baş məşqçi Zinəddin Zidan son günlər kollektivlə birlikdə məşq edən hücumçu Eden Azarı da iştirak ərizəsinə salmayıb.

“Barselona”da isə əsas itki uzun müddətdir kollektivdən uzaq düşən hücumçu Ansu Fatidir. Əvəzində müdafiəçilər Jerar Pike və Serxi Roberto “23-lük”də yer alıb. Ancaq onların matçda iştirakı sual altındadır.

Qeyd edək ki, sabah Madriddəki “Alfredo di Stefano” stadionunda keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

10 Aprel 2021 15:46 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə