Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Simferopolda terrorçular yaxalanıb

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Simferopol şəhərində keçirdikləri xüsusi əməliyyat zamanı şəhərdə terror aktı törətmək istəyən iki Rusiya vətəndaşı yaxalanıb.

TASS-ın məlumatına görə, istintaq zamanı məlum olub ki, onların hər ikisi “Hayat Təhrir əş-Şam” terror təşkilatının üzvləridirlər. Onlar Simferopolda terror aktı törədib Suriyaya qaçacaqdılar.

Terrorçuların mənzillərinə baxış zamanı xeyli hərbi sursat, əldədüzəltmə bomba, terrorçularla əlaqə yaradan xüsusi rabitə vasitələri və s. aşkar edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

10 Aprel 2021 02:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə