Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reşford Ronaldonun rekordunu yeniləyib

UEFA Avropa Liqasının dörddəbir final mərhələsi çərçivəsində keçirilən “Mançester Yunayted” -“Qranada” matçı İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsilə başa çatıb.

Görüş “Manşçester Yunayted”in futbolçusu Markus Reşford üçün əlamətdar olub. Belə ki, o “Qranada”nın qapısından keçirdiyi topla cari avrokubok mövsümündəki qollarının sayını 8-ə çatdırıb. Bununla da o, Kriştiano Ronaldonun rekordunu yeniləyib. Belə ki, “Mançester Yunayted”in tarixində indiyədək yalnız Ronaldo bir avrokubok mövsümündə 8 qol vurmağa nail olub. 2007–2008-ci il mövsümündə Ronaldonun etdiyini bu dəfə M.Reşford təkrarlayıb.

Xəbəri “Eurosport” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

10 Aprel 2021 02:36 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə