Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə onlayn formatda tədbir

Gədəbəy Rayon İcra Hakimiyyətinin, “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə yenicə çapdan çıxmış “Gədəbəydə doğulan şairlər” kitabının təqdimatı keçirilmişdir.

 

Onlayn təqdimat formatında təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva iştirak etmişlər.
Kitabda şeirləri yer almış müəlliflərlə yanaşı, digər elm, mədəniyyət və incəsənət xadimlərinin də iştirak etdiyi kitabın təqdimatı bir daha sübut etmişdir ki, özünəməxsus ədəbi irsi olan Azərbaycan ədəbiyyatı və mədəniyyəti böyük qüvvəyə və zəngin ənənəyə malikdir.
Bütövlükdə 50-dən çox şairin şeirlərini özündə cəmləşdirən kitab haqqında maraqlı fikirlər söylənilmiş və qeyd olunmuşdur ki, rayon icra hakimiyyətinin və adıçəkilən ictimai birliyin bu xeyirxah təşəbbüsü hər cür xoş sözə layiqdir.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev tədbirdə iştirak edənlərin hər birinə öz dərin minnətdarlığını bildirmiş və demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti, şanlı ordumuzun şücaəti sayəsində torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra belə təqdimatların, görüşlərin, ədəbi-bədii gecələrin sayı yəqin ki, daha çox olacaq və heç şübhəsiz, onların böyük əksəriyyəti doğma Qarabağımızda keçiriləcəkdir.
 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 Aprel 2021 01:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə