Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin məqsədi Azərbaycan xalqının maddi-mənəvi irsini Qarabağ torpağından silmək olmuşdur

Prezident İlham Əliyev bu il aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən fəxrlə bildirib ki, 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu.

 

Bəli, bu gün qalib Azərbaycan xalqı öz tarixinin ən şərəfli günlərini yaşayır. Şanlı İkinci Qarabağ müharibəsi nəticəsində tarixi, əzəli torpaqlarımız, eləcə də milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri yağı düşməndən azad edilib. Bu parlaq qələbə Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qeyri-adi qəhrəmanlığı sayəsində mümkün olub. Qədirbilən xalqımız öz qəhrəmanlarını heç vaxt unutmayacaq.
Dövlətimizin başçısı sözügedən tədbirdə sonra demişdir: “Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi”.
Azərbaycan dövləti tezliklə Qarabağı, oradakı maddi mədəniyyət abidələrini, xalqımızın bütün zəngin tarixi irsini yenidən bərpa etmək əzmindədir. Son aylar Şuşanın, bütövlükdə Qarabağın hər bir guşəsinin bərpası, dirçəldilməsi istiqamətində görülən işlər barədə xəbərləri eşidəndə, ölkəmizin hər bir vətənpərvər insanı, ziyalısı kimi, mən də çox sevinirəm.
Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan etmişdir. İnanıram ki, dahi Üzeyir bəyin, Bülbülün, Natəvanın Vətəni olan Şuşanın bundan sonrakı qərinələr, əsrlər boyu çox zəngin mədəni həyatı olacaq. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə burada bir-biindən maraqlı tədbirlər – festivallar, müsabiqələr keçiriləcək.
Dünya görür ki, erməni vandalları Qarabağda, o cümlədən, Şuşada maddi mədəniyyət abidələrimizi dağıtmaqla vəhşiliklər törədiblər. Azərbaycan xalqı isə onlardan fərqli olaraq qurub-yaradan xalqdır. Dövlət və xalq əl-ələ verib külli Qarabağı laləzara çevirəcək. Dostlarımız bunu görüb sevinəcəklər, düşmənlərimiz isə xar olacaqlar.
Biz işğaldan azad olunmuş bölgələrdə bütün şəhərləri, kəndləri bərpa edəcəyik. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Qarabağı yenidən dirçəldəcək və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcək.
 

İlham MAZANLI,
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru

10 Aprel 2021 00:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə