Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşların mənafeyi ön plandadır

Ölkə Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir dövlət kimi tanınır. Təkcə öyən il ərzində pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsaitin 5 milyard 264 milyon manat təşkil etməsi bu fikrin bariz ifadəsidir.

 

Yeri gəlmişkən, qeyd edim ki, ötən il 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək, torpaqlarımızdan qovub çıxardı. Dəmir yumruqla başı əzilən düşmən Azərbaycan əsgəri qarşısında diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində qazanılan parlaq qələbə, təbii ki, qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edildi. Elə buna görə də postmüharibə dövrü başlanan kimi, müharibə əlilləri və şəhid ailələrinə dəstək layihələrinə start verildi.
Hazırda bu tədbirlər Vətən müharibəsi şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrini, yaralanmış hərbçiləri, erməni terrorundan zərər çəkənləri və müharibə iştirakçılarını – ümumilikdə, 6 minədək şəxsi əhatə edir.
Qeyd edim ki, şəhid ailələri və əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.
Ümumilikdə, qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradır. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlətimizin başçısının yürütdüyü siyasətdə isə vətəndaşların mənafeyi öndə gəlir.
Şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində aparılan işlər də diqqət mərkəzində saxlanılır. Bundan başqa şəhidlərin və itkin düşmüş hərbçilərin ailələrinin, yaralanmış hərbçilərin məşğulluq və özünüməşğulluq məsələlərinin istiqamətində tədbirlər də uğurla həyata keçirilir.
 

Cəlil BAXŞIYEV,
YAP Lerik rayon təşkilatının sədri

10 Aprel 2021 00:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə