Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Şuşada maarifləndirmə tədbiri keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi ötən gün Şuşa şəhərində yerləşən otel binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları ilə yanğın təhlüksəziliyinə dair maarifləndirmə tədbiri keçirib.

"Xalq qəzeti"-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri olan müvafiq təhlükəsizlik tədbirləri barədə məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

9 Aprel 2021 21:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə