Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“LG” şirkətinin “Android” smartfonları 3 il sistem yeniləməsi ilə təchiz ediləcək

Bu günlərdə smartfonlar bazarını tərk etməsini və onların hazırlanması ilə məşğul olan bölmənin bağlanılmasını rəsmən bəyan edən Cənubi Koreyanın “LG” şirkəti əvvəllər buraxılan qurğuların üç il ərzində “Android” əməliyyat sistemi yeniləməsi ilə təchiz ediləcəyini vəd edib.

 

"Xalq qəzeti" xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, “Velvet”, “Wing” smartfonları, eləcə də 2019-cu ildə və daha sonra buraxılan “G” və “V” seriyalı qurğular buraxılışı ilindən etibarən üç “Android” yeniləməsi ilə təchiz olunacaq. Bundan başqa, 2020-ci ilin bir sıra modelləri, o cümlədən “LG Stylo” və “K” seriyalı qurğular iki sistem yeniləməsi ilə təchiz ediləcək. Məsələn, 2020-ci ildə buraxılan və “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “LG Velvet” smartfonu “Google” şirkətinin mobil əməliyyat sisteminin yeni versiyasının illik buraxılış praktikasını qoruyacağı təqdirdə yaxın gələcəkdə “Android 11”, perspektivdə isə “Android 12” və “Android 13” sisteminədək yenilənəcək.

9 Aprel 2021 17:14 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə