Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Altı yeni “TCL” smartfonu buraxılacaq

Məşhur bloger Evan Blass altı yeni “TCL” smartfonunun təqdim ediləcəyini açıqlayıb.

"Xalq qəzeti" xəbər verir ki, məlumata görə, şirkət “TCL 20 Pro”, “20E”, “20L”, “20L ”, “20S” və “20Y” modellərinin buraxılışına hazırlaşır.

Seriyada qabaqcıl model “TCL 20 Pro 5G” olacaq. Qurğu 6,67 düymlük displey, 6 giqabaytlıq operativ yaddaş və “Snapdragon 750G” prosessoru ilə təchiz ediləcək. “Snapdragon 662” mobil platforması əsasında “TCL 20L” seriyalı modellər də analoji ekranla təchiz ediləcək.

Brendin daha bir yeni qurğusu 4 giqabaytlıq operativ yaddaş və “Snapdragon 665” prosessoruna malik “TCL 20S” smartfonudur. Siyahını “MediaTek Helio P22” prosessorlu “TCL 20E” və “20Y” modelləri tamamlayır. Smartfonlar digər qurğulardan daha az operativ yaddaş tutumu və kiçik ekran diaqonalı ilə fərqlənəcək.

İlkin məlumata görə, “TCL” qurğularının təqdimatı aprelin 14-də keçiriləcək. Yeni smartfonların qiyməti hələ ki açıqlanmayıb.

9 Aprel 2021 17:48 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə