Ən son xəbərlər
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Mançester Siti”yə qarşı oyunda qol vuran Marko Roys rekorda imza atıb. 31 yaşlı hücumçu “Borussiya” tarixində Çempionlar Liqasında ən çox qol vuran futbolçu olub.
O, bu göstəricidə sabiq komanda yoldaşı Robert Levandovskini geridə qoyub. Vurduğu qolların sayını 18-ə çatdıran Roys beynəlxalq turnirdə Dortmund təmsilçisinin ən çox qol vuran futbolçusu olub.
Qeyd edək ki, “Mançester Siti” İngiltərədə Dortmund “Borussiya”sına 2:1 hesabı ilə qalib gəlib.
Məlumatı “Futbol.ua” yayıb.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə