Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi 2021-ci il üçün AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.
Lot-1 - Subartezian quyularında əsaslı təmir işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
–aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra elektron portal vasitəsilə ala bilərlər.
İştirak haqqı 100 manatdır.
İddiaçılar iştirak haqqı köçürüldükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi 41 nömrəli ünvanda yerləşən Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs – Tofiq Həsənovdan, telefon – (050) 318-23-00, iş – (02127) 5-51-89) ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat – Ağcabədi SQİİ
VÖEN – 3400106171
H/h – AZ04CTRE00000000000002355403
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Fond – 7
VÖEN – 1401555071
Kod – 210005
M/h – AZ41NABZ
01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
–tenderdə iştirak etmək üçün yazılı müraciət;
–tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
–tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
–tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
–iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
–iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
–iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
–müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nusxədə (əsli və surəti) tərtib olunmalıdır. (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləçəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 may 2021-ci il saat 17.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 20 may 2021-ci il saat 17.00-a qədər, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 21 may 2021-ci il saat 16.00- da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası

9 Aprel 2021 02:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ
10 Aprel 2021 | 00:31
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə