Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pirəzə Mexaniki Suvarma İdarəsi AÇIQ TENDER ELAN EDIR

Tender 4 lot üzrə keçiriləcəkdir.
Lot -1. Dizel mühərriklərinin və nasosların təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Lot -2. Hidrotexniki qurğuların təmiri üçün mal-materialların satın alınması.
Lot- 3. Maşın -mexanizmlərin və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satın alınması.
Lot -4. Kanalların mexanizmlə lildən təmizlənməsinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Məmmədov Nofəl Pətiş oğlu, telefon- (050) 320 09 14 (070) 320 09-14.
Ünvan- Ağdaş rayonu, Pirəzə kəndi.
E-mail: [email protected]
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir lot üçün 100 ( bir yüz ) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
Pirəzə Mexaniki Suvarma İdarəsi
• H/h- AZ70CTRE00000000000002351402
• VÖEN-3300093741
• Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN-1401555071
• Kod- 210005
• M/h- AZ41NABZ0136100000000003944
• S.W.İ.F.T- CTREAZ-22
• Büdcə təsnifatının kodu-142330
• Büdcə səviyyəsinin kodu-7
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).
3. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
4. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid öhdəliklərin yerinə yetiri yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 29 aprel 2021-ci il saat 11.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətini 7 may 2021-ci il saat 16.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 11 may 2021-ci il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.
Tender komissiyası

9 Aprel 2021 01:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ
10 Aprel 2021 | 00:31
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə