Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot-1. Cari təmir işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Xosrov Həsən oğlu Burumənd.
Ünvan-Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1285-ci keçid.
E-mail- [email protected]
Telefon-(012)-412-88-76
İştirak haqqı 100 manatdır.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilat- Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi
VÖEN-1000444591
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
M/h-AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
S.W.İ.F.T CTREAZ22
H/h-AZ65CTRE00000000000002357603
Büdcə gəlirlərinin təsnifatı kodu-142330
Büdcə səviyyəsinin kodu-7
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı;
-bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 ( otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı,hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
-İqtisadiyyat Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazimi texniki imkanlarının olması barədə rəsmi arayış;
-Dövlət Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 27 aprel 2021-ci il saat 16.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətlərini 6 may 2021-ci il saat 16.15-ə qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 7 may 2021-ci il saat 16.00-da elektron portal vasitəsilə açılacaqdır.
Tender komissiyası

9 Aprel 2021 01:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ
10 Aprel 2021 | 00:31
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə