Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq

Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr aparılıb.
 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Xalq qəzeti"nə verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr Daşkənddə keçirilən "INNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi çərçivəsində aparılıb.
 
Azpromo-nun təmsilçiləri sərgi iştirakçıları ilə görüşlər keçirir, qarşılıqlı ixrac və investisiya qoyuluşunun artırılması barədə fikir mübadiləsi aparırlar.
 
Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil olunan görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub.
8 Aprel 2021 17:10 - İQTİSADİYYAT
İQTİSADİYYAT
12 Aprel 2021 | 11:41
AMB-nin valyuta məzənnələri
12 Aprel 2021 | 11:19
Neft yenidən bahalaşıb
10 Aprel 2021 | 09:39
Neft yenidən ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə