Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluqçularının fəaliyyəti hər ilin sonunda qiymətləndiriləcək

Nazirlər Kabineti “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

 "Xalq qəzeti" xəbər verir ki, Qaydaya əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndiriləcək.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

8 Aprel 2021 15:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
12 Aprel 2021 | 12:16
Ramazan ayının TƏQVİMİ

Köhnə versiyamızdan xəbərləri izlə