Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bavariya” Jerom Boatenqlə vidalaşcaq

“Bavariya” mövsümün sonunda müdafiəçisi Jerom Boatenqlə yollarını ayıracaq.
 
 "Xalq qəzeti" xəbər verir ki, bunu Münhen klubunun idman direktoru Hasan Salihamidziç deyib.
 
Klub rəsmisi bildirib ki, mərkəz müdafiəçisinin yaya qədər olan müqavilə müddəti yenilənməyəcək. Bu üzdən 33 yaşlı oyunçu mövsümün sonunda istədiyi yerə azad agent kimi keçə biləcək.
 
Qeyd edək ki, Almaniya millisinin üzvü 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Boatenq cari mövsüm 30 oyunda iştirak edib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
8 Aprel 2021 19:08 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə