Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google” öz prosessorunu istehsal edəcək

“Google”un növbəti qabaqcıl smartfonları şirkətin öz prosessoru ilə təchiz ediləcək. Bu haqda “9to5Google” nəşri məlumat verib.
 
"Xalq qəzeti" xəbər verir ki, internet nəhənginin daxili sənədlərinə əsasən, şirkət “Samsung”un mühəndisləri ilə birgə prosessor üzərində işləyir. “Whitechapel” adlandırılacaq prosessor ilin sonunadək təqdim olunacaq. Ehtimal ki, yenilik payızda nümayiş etdiriləcək “Pixel 6” smartfonunda tətbiq ediləcək. “Google” şirkətinin “Pixel” seriyasının aktual smartfonları hazırda “Qualcomm”un prosessoru ilə təchiz ediliblər.
 
Jurnalistlər belə hesab edirlər ki, ABŞ şirkəti öz prosessorunu hazırlamaqla tədarükçülərdən asılılığını azaltmaq və öz qurğularının məhsuldarlığını artırmaq niyyətindədir. İlk növbədə sözügedən prosessor smartfonlara, bundan sonra isə “Chromebook” noutbuklarına quraşdırılacaq.
 
Jurnalistlər bununla bağlı “Google” şirkətinə müraciət ediblər, ancaq şirkət məlumat verməkdən imtina edib.
8 Aprel 2021 18:18 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə