Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək

"Apple" şirkətinin qurğuların axtarışı üçün nəzərdə tutulmuş "Find My" proqramının köməyi ilə indi digər brendlərin qurğularını izləmək olar. Şirkət kənar istehsalçılara öz məhsullarını izləmək üçün onun ekosistemindən istifadəyə icazə verib.
 
"Xalq qəzeti" xəbər verir ki, cihazlar "Made for iPhone" (MFi) proqramı vasitəsilə sertifikasiyadan keçirildikdən sonra belə məhsullar "Apple Find My ilə işləyir" kimi nişanlanır.
 
"Find My" proqramının köməyi ilə izlənilməsi mümkün olan ilk məhsullar "VanMoof S3" və "X3" elektrik velosipedləri, "Belkin SoundForm Freedom True" simsiz qulaqlıqları olub. Gələcəkdə digər brendlər də öz qurğularını "Apple"ın ekosisteminə inteqrasiya edə biləcəklər.
8 Aprel 2021 14:55 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə