Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google”un onlayn konfransının keçirilmə tarixi məlum olub

“Google” şirkəti tərtibatçılar üçün “Google I/O” konfransının keçirilmə tarixini açıqlayıb. Bu konfransda ənənəvi olaraq yeni məhsullar, “Android”in funksiyaları, qurğular və şirkətin qarşıdakı illər üçün ümumi inkişaf istiqaməti müəyyənləşdirilir. Tədbir mayın 18-dən 20-dək tamamilə onlayn formatda keçiriləcək.
 
 "Xalq qəzeti" xəbər verir ki, ötənilki “Google I/O” konfransı koronovirus pandemiyasına görə ləğv edilmişdi. 2021-ci ildə konfrnas ilk dəfə virtual formatda və ödənişsiz keçiriləcək.
 
“Google I/O” konfransı çərçivəsində tərtibatçılar üçün öyrədici seminarlar keçirilir, yeni texnologiyalar, funksiyalar, bəzən qurğular elan edilir. Məsələn, 2019-ci ildə keçirilmiş konfransda “Pixel 3A” smartfonu və “Nest Hub Max” “ağıllı” displeyi təqdim edilmişdi.
 
Bu il “Google I/O” konfransında “Android 12” mobil əməliyyat sisteminə böyük diqqət ayrılacağı gözlənilir. KİV-də yayılmış məlumatlara görə, ƏS-nin görünüşü uzun illər ərzində ilk dəfə olaraq xeyli dəyişdiriləcək, həmçinin bloklama ekranı və digər interfeys elementlərinə dəyişikliklər ediləcək.
8 Aprel 2021 19:49 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə