Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

 

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

8 Aprel 2021 10:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
12 Aprel 2021 | 12:16
Ramazan ayının TƏQVİMİ

Köhnə versiyamızdan xəbərləri izlə