Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neymar cəzalandırılıb

Fransa PSJ-sinin futbolçusu Neymar cəzalanıb.

 

 "Xalq qəzeti" xarici KİV-ə istinadla xəbər verir ki, Liqa 1-in 31-ci turunun "Lill"lə matçında (0:1) qırmızı vərəqə alan braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.

 

Qeyd edək ki, 29 yaşlı forvard sözügedən görüşün 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci vərəqə görərək, meydandan qovulub. Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib. İnsidentin böyüməsinə hər iki klubun rəsmiləri mane olublar.

8 Aprel 2021 10:10 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə