Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

4 günlük iş həftəsi

İspaniya hökuməti ölkə iqtisadiyyatına zərər vurmadan dörd günlük iş həftəsinə keçid üzrə tarixdə ən irimiqyaslı eksperimentlərdən birini həyata keçirmək niyyətindədir. Bu bəyanatla İspaniyanın Baş naziri Pedro Sançes çıxış edib. O, hökuməti ümummilli proqrama üç il müddətinə 50 milyon avro məbləğində dövlət vəsaitinin ayrılmasına razılıq verdiyini açıqlayıb.

Qeyd edilir ki, 32 saatlıq iş həftəsi planının həyata keçirilməsi təşəbbüsünün müəllifi, eksperimentə 200-ə yaxın şirkəti cəlb etməyi planlaşdıran sol-mərkəzçi “Mas Pais” partiyasının rəhbəri İnigo Errehondur. Məlumatı “Вloomberg News” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti

8 Aprel 2021 02:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə