Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türk ulduzları”nın təyyarəsi qəzaya düşüb

Türkiyənin Konya bölgəsində təyyarə qəzası baş verib.
 
"Xalq qəzeti" xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan təyyarənin “Türk ulduzları” eskadrilyasına məxsus olduğunu bildirib.
 
“Təlim uçuşu icra edən “Türk ulduzlarına” məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb”, - deyə Türkiyə MN-dən bildirilib.
 
Qəza Karatay rayonunda yerləşən aviabaza yaxınlığında baş verib.
 
Hadisə yerinə xilasedicilər cəlb olunub. 
 
İlkin məlumatlarda bir pilotun həlak olduğu bildirilir. 
7 Aprel 2021 16:13 -
7 Aprel 2021 | 00:19
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə