Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gömrük Komitəsinin yeni layihəsi təqdim olunub

Aprelin 7-də Dövlət Gömrük Komitəsinin “Ticarət Statistikası Portalı” layihəsinin təqdimatı keçirilib.

 

"Xalq qəzeti" xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən təqdimat mərasimində Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları və jurnalistlər iştirak edib.

 

Anar Süleymanov bildirib ki, Dövlət Gömrük Komitəsi sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan innovativ layihələr həyata keçirir. “Ticarət Statistikası Portalı” da gömrük orqanları tərəfindən hazırlanan növbəti layihədir.

 

Vurğulanıb ki, “Ticarət Statistikası Portalı”nı yaratmaqda əsas məqsəd maraqlı tərəflər üçün Azərbaycanın ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir.

 

Anar Süleymanov diqqətə çatdırıb ki, bu portal Xarici İqtisadi Fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda, vahid rəqəmsal məkanda statistik məlumatları əldə etmək imkanı verəcək. Portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək onların daha dəqiq biznes araşdırması aparmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabət qabiliyyətliliyin artırılmasına zəmin yaradacaq.

 

“Ticarət Statistikası Portalı”nı Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi hazırlayıb və portala “www.stats.customs.gov.az” elektron ünvanı vasitəsilə daxil olmaq mümkündür.

7 Aprel 2021 15:34 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə