Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda fəaliyyətə başlayacaq radio ilə bağlı qərar qəbul edilib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Qurumdan "Xalq qəzeti"nə verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımının təşkili məsələləri müzakirə olunub. Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində yeddi iddiaçı Şuraya sənədlərini təqdim edib:

- “Real Təhlil İnformasiya Mərkəzi” MMC;
- “Caspian İnternational Broadcasting Company” MMC;
- “Balans Studiyası” MMC;
- “İNS ÇM” MMC;
- “İsti Press” MMC;
- “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;
- “ARB 24” MMC.

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

7 Aprel 2021 14:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
12 Aprel 2021 | 12:16
Ramazan ayının TƏQVİMİ

Köhnə versiyamızdan xəbərləri izlə