Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulmasına görə TƏBİB-ə məlumat verməyənlər cərimələnəcək.

 "Xalq qəzeti" xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müalicə müəssisələri tərəfindən qanın, qan  komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) – TƏBİB-ə məlumat verilməməsinə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan yüz əlli  manatadək məbləğdə cərimə ediləcək.

Əvvəllər bu məlumatlar Səhiyyə Nazirliyinə təqdim edilməli idi.

7 Aprel 2021 14:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
12 Aprel 2021 | 12:16
Ramazan ayının TƏQVİMİ

Köhnə versiyamızdan xəbərləri izlə