Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİFA 2 federasiyanın fəaliyyətini dayandırıb

FİFA Çad və Pakistan Futbol Federasiyalarının fəaliyyətini dayandırıb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu cəzalar fərqli səbəblərdən verilib. Çad futbolu ilə bağlı qərar hökumətin federasiyaya və futbola müdaxiləsi ilə əlaqələndirilib. FİFA bu barədə dəlilləri olduğu üçün belə addım atıb.

Pakistan Futbol Federasiyasının cəzalandırılmasının səbəbi isə üçüncü tərəfin quruma müdaxilə etməsidir. Bir müddət əvvəl bir qrup etirazçı tərəfindən federasiyanın binası ələ keçirilib.

7 Aprel 2021 12:21 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə