Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyusunun qazılmasına başlayır

Türkiyənin qazma gəmisi "Fatih" Qara dənizdə yerləşən "Amasra-1" qaz yatağı istiqamətinə yollanıb.

"Xalq qəzeti" "DailySabah"a istinadən xəbər verir ki, qazma gəmisi hazırda Zonquldak ilində yerləşən Filyos Limanından Sakarya ilində yerləşən "Amasra-1" quyusu istiqamətində yoldadır.

Türkiyə Milli Neft şirkətindən bildiriblər ki, "Fatih" təyinat yerinə çatandan sonra kəşfiyyat quyusunun qazılması işlərinə başlayacaq.

Qeyd edək ki, ölkənin digər qazma gəmisi olan "Kanuni"nin də yaxın zamanlarda "Fatih"ə qoşulması gözlənilir. Yataqdan ilk qaz nəqlinin 2023-cü ildə başlaması proqnozlaşdırılır və illik qaz hasilatının 5-10 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

7 Aprel 2021 11:45 -
7 Aprel 2021 | 00:19
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə