Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər tutulub

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 38 cinayətin üstü “isti izlər”lə açılıb.  
 
Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.   
 
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
 
Respublikanın avtromobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib nəticədə 3 nəfər ölüb. 
7 Aprel 2021 10:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
12 Aprel 2021 | 12:16
Ramazan ayının TƏQVİMİ

Köhnə versiyamızdan xəbərləri izlə