Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin deputatı Qırğızıstanda referendumu müşahidə edəcək

Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək.
 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, deputat Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək. 
 
Səfər aprelin 14-də başa çatacaq.
7 Aprel 2021 10:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə