Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. 

 "Xalq qəzeti"  xəbər verir ki, komandamızın baş məşqçisi Fərid Cəlalov Avropa çempionatının seçmə mərhələsi üçün 16 oyunçu sifariş edib. 

Bu voleybolçulardan 4-ü - Mirəşrəf Rzazadə, Uğur İbrahimov, Sənan Dünyamalıyev və Yeqor Nikulenko ilk dəfə əsas yığmaya dəvət alıb. Onlar bunadək gənclərdən ibarət komandamızda çıxış ediblər. Ramazan Ağabəyovun adı isə Gümüş Avropa Liqasında ilkin heyətə salınsa da, sonradan “14-lük”dən kənar qalıb. Bu dəfə 5 oyunçunun hər biri millidə debüt edə bilər. 

 

Fərid Cəlalov son heyətlə müqayisədə 7 təcrübəli voleybolçudan imtina edib. Hazırda Rusiyada olan kapitan Aleksey Çervyakov, həmçinin əsas heyət üzvlərindən sayılan Vüqar Bayramov, Cavid Süleymanov, Vadim Kutukov, İvan Kazaçkov, Rəsul İbrahimov və Asif Əliyev Avropa çempionatının seçmə mərhələsində komandamıza kömək edə bilməyəcəklər. Bu oyunçulardan sonuncusunun karyerasını bitirməsi də istisna edilmir. 

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla oynayacaq. Görüşlərə mayın 5-də start veriləcək. 

Azərbaycan millisi

Toppaylayıcılar: 2. Tural Həsənli, 12. Mirəşrəf Rzazadə, 13. Uğur İbrahimov

Blokçular: 6. Elmin Alışanov, 8. Yeqor Nikulenko, 10. Dmitri Obodnikov, 15. Dmitri Baranov, 16. Ramazan Ağabəyov

Hücumçular: 1. Mais Verdizadə, 4. Aqil Əlizadə, 5. Ruslan Əliyev 9. Pərviz Səmədov, 11. Sənan Dünyamalıyev, 17. Andrey Vasilenko

Liberolar: 7. Emil Abdullayev, 19. Kənan Allahverdiyev

7 Aprel 2021 10:01 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə