Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva və Vaşinqton Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ və Rusiya Ukraynanın şərqindəki vəziyyətlə bağlı danışıq aparıblar. Bu barədə dünən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

 

Ryabkov deyib: “Donbasdakı vəziyyətlə bağlı bizim ABŞ administrasiyası ilə təmaslarımız oldu. Biz baş verənləri olduğu kimi, birmənalı şəkildə Amerika tərəfinə şərh etdik”.

XİN başçısının müavini qeyd edib ki, Moskva Kiyevin təxribatçı siyasətinin nəticələrinin nəyə gətirib çıxaracağını Vaşinqtona izah edib: “Kiyev və ABŞ başda olmaqla onun Qərbdəki müttəfiqlərinin yürütdüyü xəttin təxribat xarakterli olduğu daha aydın müşahidə edilir. Vaşinqtonda bu siyasətdən narahat olmalıdırlar”.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Moskva ilə dialoqa hazır olduğunu bildirmişdi. Aprelin 5-də ABŞ Rusiyadan Ukrayna ilə sərhəddə baş verənlərlə bağlı izahat tələb etmiş, Pentaqon isə Rusiya hərbçilərinin yerdəyişməsi haqqında məlumatlardan narahatlığını ifadə etmişdi.

Aprelin 4-də Avropa İttifaqı diplomatiya idarəsinin başçısı Cozep Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı bəyan etmişdi ki, təşkilatın XİN başçıları Ukrayna ətrafında baş verənləri müzakirə etməyə hazırlaşır.

Daha əvvəl, martın 29-da isə Ukrayna Silahlı Qüvvələrinin komandanı Ruslan Xomçak demişdi ki, Rusiya Ukrayna ilə sərhəddə qoşunlarının sayını artırır. Bu isə ölkənin təhlükəsizliyi üçün təhdiddir.

Bundan sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın ölkə daxilində öz qoşunlarının yerini istədiyi kimi dəyişməkdə səlahiyyətli olduğunu, bunun başqa ölkələr üçün heç bir təhlükə törətmədiyini və heç kəsi narahat etməməli olduğunu bildirmişdi.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

7 Aprel 2021 02:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Aprel 2021 | 00:35
Ən zəngin ərəb biznesmen

Köhnə versiyamızdan xəbərləri izlə