Ən son xəbərlər
İspaniyanın “Alaves” klubu baş məşqçi Abelardo Fernandes ilə yollarını ayırıb. Bildirilir ki, 51 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Klub ispan məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Alaves” La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb. Abelardo Fernandes yanvarın 12-də baş məşqçi təyin olunmuşdu. Xəbəri “goal.com” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə