Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyində vətəndaşların videoqəbulu davam etdirilir

Pandemiya şəraiti ilə əlaqədar olaraq, fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoformatda həyata keçirilir. Bu müddət ərzində 100-ə yaxın vətəndaş videoqəbulda iştirak edib. Onların müraciətlərinin bir qismi operativ olaraq yerində həllini tapıb, digər müraciətlərlə bağlı məsələlərin həlli üzrə isə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, videoqəbulların təşkilində əsas məqsəd pandemiya şəraitində vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək, vətəndaşların qəbulu sahəsində əlçatanlığı təmin etmək və vətəndaş məmnuniyyətini artırmaqdır.

Nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək videoqəbula yazılmaq olar.

Qeyd edək ki, Nazirlər Kabinetinin ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 1-dək fəaliyyətini dayandırıb.

6 Aprel 2021 15:34 -
7 Aprel 2021 | 00:19
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə