Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messi “Valyadolid”lə görüşün hakimini tənqid edib

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi hakimlərin ünvanına sərt ittihamları ilə gündəmə gəlib.

"Xalq qəzeti" xəbər verir ki, argentinalı hücumçu La Liqanın XXIX turunun “Valyadolid”lə görüşünün (1:0) hakiminin qərəzli münasibətindən narazı qalıb.

Növbəti turda “Real”la görüşəcək “Barselona”nın kapitanı hakimin ona sarı vərəqə vermək üçün macal axtardığını hiss edib. Santyaqo Xayme Latre Messini cəzalı duruma düşməklə “Real”la matçı buraxması üçün çalışıb.

 

Lionel oyunun fasiləsində klub nümayəndəsi Karles Navala da bu barədə deyib: “Hakim mənə sarı vərəqə verməyi çox istəyir. Bu, inanılmazdır”.

Hakimin səylərinə baxmayaraq Messi qarşılaşmanı vərəqəsiz başa vurub. Onun komandası 90-cı dəqiqədə vurulan qolla görüşdən 3 xalla ayrılıb.

6 Aprel 2021 19:11 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə