Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Prezidenti Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiq edib

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiyanın bir sıra qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi barədə qərarını təsdiqləyib. Bu barədə UNİAN agentliyi məlumat yayıb.

 

Xəbərdə deyilir ki, “Rossotrudnichestvo”ya (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik), “Volqa-Dnepr” şirkətinə və digər ona yaxın müəssisəyə məhdudiyyətlər tətbiq olunub. Həmin şirkətlər qaçaqmalçılıqda ittiham olunurlar.

Ukraynanın şərqində– Donbasda vəziyyət gərginləşməkdə davam edir. Son məlumatlara görə, atəşkəsin pozulması halları intesivləşib. Bəzi mənbələr bildirir ki, Kiyevin təmas xəttinə 70-100 minlik qruplaşma cəmləşdirilib. Daha 100 min nəfər isə arxa cəbhədə təchizat və köməkçi hissələrdə yerləşdirilib. Bundan başqa, Ukrayna tərəfi səfərbərlik tədbirləri həyata keçirir. Qondarma “DNR” və “LNR”in isə hərbi qüvvələrinin birlikdə sayının 20 mindən çox olmadığı ehtimal olunur.

Bu arada Ukrayna Prezidentinin ABŞ-a səfər edəcəyi barədə məlumatlar yayılıb. Ukraynalı diplomatlar Prezident Vladimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş hazırlıqlarına başlayıblar. Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova açıqlama verib. Onun sözlərinə görə, dövlət başçılarının görüşü təkcə onların siyasi iradəsindən və iş rejimlərindən deyil, həm də koronavirusla bağlı vəziyyətdən asılıdır.

Qeyd edək ki, bu il aprelin 2-də V.Zelenski ilə C.Bayden arasında bir saata yaxın telefon söhbəti olub. C.Bayden V.Zelenskiyə bildirib ki, Ukraynada və ətrafında baş verənlər barədə tam məlumata malikdir.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

6 Aprel 2021 00:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə